İqtisadiyyat

Hövsan aerasiya stansiyasında tullantı suların təkrar istifadəsi təmin olunub

Hövsan aerasiya stansiyasında təmizlənmiş tullantı suların təkrar istifadəsi təmin olunub.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su ehtiyatlarının idarə olunması şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.
Onun sözlərinə görə, bu sular beton yolu ətrafında olan yaşıllıqların sulanmasında istifadə olunur.
“Bununla yanaşı, Bibiheybət zonasında kanalizasiya suları təmizlənərək yaşıllıqların, o cümlədən Xocəsən gölünün suları da o ərazidə olan yaşıllıqların sulanmasında istifadə olunur”, – deyə M. Əbdülhəsənov qeyd edib.
Nazirliyin rəsmisi təmsil etdiyi qurumun tullantı suların təkrar təmizlənməsi, texniki məqsədlərlə istifadədə, o cümlədən yaşıllıqların sulanmasında istifadədə maraqlı olduğunu qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button