Dünya
Honkonq hava limanı 150 ölkədən olan sərnişinlərin tranzitinə qadağa qoyub

Honkonq hava limanı COVID-19-a yüksək yoluxma riskinə malik 150 ölkə və regiondan olan sərnişinlərin tranzitinə qadağa qoyub.
Qadağa 2022-ci il yanvarın 16-dan fevralın 15-dək qüvvədə olacaq.
Qadağanın şamil edildiyi ölkələr sırasında Rusiya, ABŞ, Böyük Britaniya, Avstraliya, Yaponiya, Hindistan, Ukrayna, Qazaxıstan və Belarus da var.