İqtisadiyyat

Hökumətin səhiyyə sahəsindəki əsas prioritetləri açıqlanıb

Növbəti il və sonrakı üç il üçün xərc siyasətinin əsas istiqamətlərindən biri səhiyyə sahəsinin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması və bu istiqamətdə islahatların aparılması, icbari tibbi sığorta sisteminin əhatə dairəsinin bütöv ölkə ərazisini tam olaraq əhatə etməsi olacaq.
APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.
Qeyd edilib ki, səhiyyə sahəsində mövcud çağırışlar nəzərə alınaraq sanitariya-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması və əhalinin sağlamlığının etibarlı şəkildə qorunması məqsədilə ənənəvi dövlət proqramlarının həyata keçirilməsi vacib istiqamətlərdən olacaq.
Eyni zamanda, ölkə vətəndaşlarının sağlamlığının qorunması, istər indiki, istərsə də gələcəkdə baş verə biləcək pandemiya və epidemiyaların qarşısının alınması və təsirlərinin minimuma endirilməsi məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button