Dünya

Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub

Hindistan silahlı qüvvələrinin Baş qərargah rəisi Bipin Ravat Tamilnad ştatında baş vermiş helikopter qəzası nəticəsində həlak olub.

Bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin mətbuat xidməti “Twitter” səhifəsində bildirib.

Qəza nəticəsində helikopterdə 14 nəfərdən 13-ü həlak olub. Baş qərargah rəisi ilə yanaşı, onun həyat yoldaşı da ölənlər arasında olub.

Qeyd edək ki, səhər saatlarında qəza nəticəsində dörd nəfərin həlak olduğu bildirilirdi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button