Dünya

Hindistanda leysan yağışlar 129 nəfərin ölümünə səbəb oldu

Hindistanın qərbindəki Maharaştra əyalətində son 48 saat ərzində yağan güclü yağışın səbəb olduğu dağıntılar və torpaq sürüşmələri nəticəsində 129 nəfər ölüb.
Bu barədə “Report” “The Times of India” nəşrinə istinadən xəbər verir.
Qeyd olunub ki, 80-dən çox insan itkin düşüb.
Leysan yağışları Hindistanın qərb sahillərinə daha çox yağıb. Rayqad, Ratnaqiri, Satara bölgələrinə və Mumbay şəhərinin ətrafına ciddi ziyan dəyib.
Fəlakət bölgələrində xilasetmə işləri davam edir. Səlahiyyətli şəxslər ölkənin Hərbi Dəniz Qüvvələrindən kömək istəyib. Hərbçilər əhaliyə kömək etmək üçün səfərbər edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button