Dünya

Hindistanda leysan yağışlar 10 nəfərin ölümünə səbəb olub, itkin düşənlər var

Hindistanın cənub-qərbində yerləşən Kerala əyalətinin bir neçə bölgəsinə yağan leysan yağışları nəticəsində azı 10 nəfər ölüb, 18 nəfər itkin düşüb.
“Report” xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
Məlumata görə, leysan yağışlardan ən çox əyalətin üç bölgəsi zərər görüb.
Hindistanın Meteorologiya İdarəsi əyalətin 6 rayonunda fövqəladə vəziyyət elan edib.
Əyalətdə azı 5 minə yaxın ailə təxliyə olunub.
Hökumət hava şəraiti ilə əlaqədar olaraq məbədlərə ziyarətin dayandırılmasına da qərar verib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button