Dünya

Hindistanda körpünün uçması nəticəsində 9 nəfər ölüb

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında körpünün uçması nəticəsində 9 nəfər həyatını itirib.
“Report” xəbər verir ki, bu barədə “ANI” yerli polisə istinadən məlumat verib.
Belə ki, Kinnaur vilayətində torpaq sürüşməsi səbəbindən böyük daş parçaları dağdan yuvarlanaraq körpünün üzərinə düşüb. Nəticədə körpü üçüb.
Hadisə baş verən zamanı körpünü avtomobillə keçənlərin doqquzu ölüb, daha üç nəfəri xəsarət alıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button