Dünya

Hindistanda bir gündə 411 nəfər virusdan ölüb

Hindistanda ötən sutka yeni növ koronavirusa (COVID-19) 38 153 yoluxma qeydə alınıb. Ölkə üzrə ümumi yoluxma sayı 31,4 milyonu ötüb.
Bu barədə “Report” Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir.
Bildirilib ki, son 24 saat ərzində COVID-19 virusuna yoluxmuş 411 nəfər həyatını itirib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 420 996-ya çatıb.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ-dan sonra 2-ci sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button