Dünya

Hindistanda 4 mərtəbəli bina uçub, dağıntılar altında adam qalıb

Hindistanın Dehli şəhərində tikilməkdə olan 4 mərtəbəli binanın uçması nəticəsində dağıntılar altında adamlar qalıb.
“Report” “India TV”yə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildirilib.
Məlumata görə, hadisə tikinti işlər gedən zaman baş verib. Dağıntılar altında ikisi uşaq olmaqla bir neçə nəfərin qaldığı ehtimal edilir.
Polis bildirib ki, dağıntılar altından bir nəfər çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Dehlinin yanğınsöndürmə xidmətinin rəisi Atul Qaraqın sözlərinə görə, küçələr dar olduğundan hadisə yerinə ağır texnika gedə bilmir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button