Dünya

Hindistan və BƏƏ 100 milyard dollarlıq ticarət müqaviləsi imzalayacaq

Hindistan və BƏƏ danışıqların sürətlə yekunlaşmasından sonra növbəti beş il ərzində 100 milyard dollar dəyərində yeni ticarət sazişi imzalamağa hazırlaşır.

“Arab news” xəbər verir ki, hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi fevralın 18-də Hindistanın baş naziri Narendra Modinin ev sahibliyi edəcəyi ikitərəfli sammitdə rəsmi olaraq qəbul ediləcək.

Yeni müqavilənin BƏƏ-də Hindistan məhsullarının, xüsusən də tekstil, zərgərlik və qiymətli daşların idxalını artıracağı gözlənilir.

Qiymətli Daşlar və Zərgərlik İxracının Təşviqi Şurasının məlumatına görə, Hindistanın zərgərlik və qiymətli daş ixracının 80 faizindən çoxu BƏƏ-nin payına düşür.

Ancaq pandemiya səbəbiylə zərgərlik ticarəti böyük bir geriləmənin şahidi oldu və bu razılaşmanın sektoru yeniləyəcəyi gözlənilir.

Hindistan üçün BƏƏ qlobal miqyasda ABŞ və Çindən sonra üçüncü ticarət tərəfdaşıdır.

2019-2020-ci illərdə Hindistan və BƏƏ arasında ikitərəfli ticarət 59 milyard dollar qiymətləndirilirdi, bundan əvvəl COVID-19 bütün dünyaya yayıldığı üçün 2020-21-ci illərdə 43.3 milyard dollara enmişdir.

Sazişi BƏƏ-nin iqtisadiyyat naziri Abdulla bin Touq Al Marri və Hindistanın ticarət və sənaye naziri Piyush Goyal imzalayacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button