Dünya

Hindistan səsdən sürətli qanadlı raketin sınağını həyata keçirib

Hindistan “Visakhapatnam” esminesindən gəmilər üçün nəzərdə tutulmuş səsdən sürətli “BrahMos” qanadlı raketinin sınağını həyata keçirib.

Bu barədə Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) özünün tviter səhifəsində yazıb.

Ötən ilin dekabr ayında Hindistanda “BrahMos” raketlərinin aviasiya versiyasını sınaqdan keçirmişdi. Səsdən sürətli bu qanaqlı raketlər “BrahMos Aerospace” Hindistan-Rusiya birgə müəssisəsində istehsal edilir.

Hazırda “Visakhapatnam” esminesinin silahlanmasında 16 gəmiəleyhinə “BrahMos” qanaqlı raketləri var.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button