Cəmiyyət

Hindistan səfirliyi Qanvermə Aksiyası təşkil edib

 

Hindistanın 73-cü Respublika Günü münasibətilə və “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü altında Hindistanın Bakıdakı Səfirliyi Hind Hospitalı, Azərbaycan Hind Assosiasiyası, Bakı Malayali Assosiasiyası, Azərbaycan Telequ Assosiasiyası və Bakı Tamil Sanqam təşkilatı ilə birlikdə Hind Hospitalında 28 yanvar saat 13:00-dan 18:00-dək “QANVERMƏ AKSİYASI” təşkil edib.

Qanvermə aksiyasını açıq elan edən Hindistan Səfiri Bavitlunq Vanlalvavna dövlət qan bankı üçün qan verməyə gələn hər kəsə minnətdarlığını bildirib. O, qanvermənin “dünya bir ailədir” mənasını verən “Vasudhaiva Kutumbakam” adlı hind fəlsəfəsindən ilhamlandığını bildirib.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Hindistan Parlamentlərarası Əlaqələr Üzrə İşçi Qrupunun sədri cənab Naqif Həmzəyev də iştirak edib.

Qanvermə aksiyasına cənab Səfir, onun həyat yoldaşı, Səfirliyin digər əməkdaşları, Hindistan icmasının üzvləri və Hindistanın dostları da daxil olmaqla könüllülər qatılıblar.

Bu nəcib təşəbbüs yerli ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button