Dünya

Hindistan dünyaya ərzaq ehtiyatı verməyə hazırdır

 

Hindistanın Baş nazir Narendra Modi ABŞ prezidenti Co Baydenlə söhbəti zamanı Ümumdünya Ticarət Təşkilatının (ÜTT) icazə verəcəyi təqdirdə Hindistanın ərzaq ehtiyatlarını dünyaya çatdırmağı təklif edib.

İstiqlal.az xarici KİV-ə istinadla xəbər verir ki, Modi bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra hər kəs öz ehtiyatlarını təmin etmək istəyir: “Dünya indi yeni problemlə üz-üzədir; dünyanın ərzaq ehtiyatı boşalır. Bütün qapılar bağlandığından benzin, yağ və gübrə almaq çətindir”.

Baş nazir deyib ki, xalqı üçün kifayət qədər ərzaqları var, lakin fermerlər dünyanı qidalandırmaq üçün tədbirlər görüb: “Bununla belə, biz dünya qanunlarına uyğun işləməliyik, ona görə də ÜTT-nin nə vaxt icazə verəcəyini bilmirəm və biz dünyaya ərzaq tədarük edə bilərik”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button