Dünya

Hindistan Avstraliyada mədənlərin kəşfiyyatına sərmayə qoyacaq

 

Hindistan elektrikli avtomobil planlarını davam etdirmək üçün lazım olan əsas mineralların tədarükünü gücləndirmək məqsədilə növbəti altı ay ərzində Avstraliyada litium və kobalt mədənlərinin kəşfiyyatı üçün Avstraliya hökuməti ilə birgə 6 milyon dollar sərmayə qoymağı öhdəsinə götürdü.

İstiqlal.az “Arab.news”a istinadla xəbər verir ki, Hindistanın KABIL, dövlət şirkətləri National Aluminium Co, Hindustan Copper Ltd. və Mineral Exploration Corp. Ltd arasında mədən sənayesi üzrə birgə müəssisə, Avstraliyanın Kritik Mineralların Asanlaşdırılması Ofisi (CMFO) ilə ilkin müqavilə imzalanıb.

Bu addım Hindistanın elektrik avtomobilləri üçün yerli olaraq akkumulyator elementləri yaratmaq üçün şirkətlərə 2,4 milyard dollar təşviq təklif etdiyi bir vaxta təsadüf edir. Son günlərdə qiyməti qalxan litium, elektrikli avtomobil akkumulyatorlarının istehsalı üçün istifadə edilən əsas xammaldır.

Hindistan, həmçinin Argentina, Boliviya, Çili kimi Latın Amerikası ölkələrini xaricdə strateji faydalı qazıntıların kəşfiyyatı üçün qısa siyahıya salıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button