Dünya

Hindistan 2022-2023-cü illərin büdcəsindən xarici yardımlar üçün ayırdığı vəsaiti açıqlayıb

Hindistan 2022-2023-cü illər üçün dövlət büdcəsindən Əfqanıstana 2 milyard rupi (45 milyon manat) həcmində maddi yardım ayırıb.

Bu barədə məlumatı, jurnalist Sidhant Sibal öz Tvitter səhifəsində paylaşıb.

Onun bildirdiyinə görə, bu rəqəm 2021-22-ci illərin büdcəsində nəzərdə tutulmuş 3,5 milyard rupi (79 milyon manat) ilə müqayisədə azalma deməkdir.

Məlumata görə, Hindistanın Myanma (136 milyon manat), Maldiv adaları (təxminən 82 milyon manat), Banqladeş (68 milyon manat) və Monqolustan (2 milyon manat) üçün ayırdığı yardımlarda artım müşahidə edilib.

Bununla belə, Hindistanın Butan (təxminən 22,6 milyard manat), Nepal (169 milyon manat) və Seyşel adalarına (təxminən 3,2 milyon manat) ayırdığı yardımlarda azalma baş verib.

Hindistandan Şri-Lankaya (45 milyon manat), Mavrikiyə (204 milyon manat) və Çabahar limanı layihəsinə edilən yardımlarda isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button