Siyasət

Hikmət Hacıyev: “Minatəmizləmə işində BMT-nin dəstəyi Azərbaycan üçün əhəmiyyətlidir”

“İşğal edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə işində Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi Azərbaycan üçün çox əhəmiyyətlidir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbir çərçivəsində keçirilən panel müzakirələri zamanı bildirib.

“Bizim ideyalarımız oxşardır. BMT-nin ərazilərin bərpası prosesi ilə mümkün qədər tez tanış olması və bu işə öz töhfəsini verməsini istəyirik. Bərpa işində bizə beynəlxalq ictimaiyyətin və donorların köməyi lazımdır”, – o deyib.

Prezidentin köməkçisi minatəmizləmə problemini xüsusilə vurğulayaraq BMT-nin bu işdə dəstəyinin Azərbaycan üçün çox əhəmiyyətli olduğunu bildirib.

Hikmət Hacıyev bugünkü tədbirdə Azərbaycan və BMT arasında əməkdaşlığın prioritet məsələlərinin müzakirə olunduğunu nəzərə çatdırıb və bu cür tədbirləri Şuşada hər il keçirməyi təklif edib.

BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva isə Azərbaycan Prezidentinin köməkçisinin bu təklifini dəstəkləyib.

Onun sözlərinə görə, Şuşada keçirilmiş tədbirdə postpandemiya dövrünün əsas çağırışları və onların həlli yolları müzakirə olunub.

“Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfəsini yüksək qiymətləndirir və bu cür zəruri dialoqu davam etdirməyə hazır olduğumuzu bildiririk”, – Vladanka Andreyeva deyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button