Açıq HökumətSiyasət
Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşəcək

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək.
“Azadlıq” radiosu xəbər verir ki, görüş mayın 2-də Brüsseldə keçiriləcək. Bu barədə cümə günü Qriqoryanın özü məlumat verib.
Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlər, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə edəcəklər.