Siyasət

Hikmət Hacıyev: “Azərbaycan regionun geosiyasi mənzərəsini dəyişdi”

“Azərbaycan bölgənin geosiyasi mənzərəsini dəyişdi və bütün Cənubi Qafqaz regionunda dəyişikliklər üçün yeni sülh quruculuğuna başladı”.

“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

“Azərbaycanın 44 günlük müharibədə qəti qələbəsi inteqrasiya olunmuş Cənubi Qafqaz və regionda sülh quruculuğu səyləri üçün əlavə imkanlar yaratdı”, – o bildirib.

PA rəsmisi əlavə edib ki, Azərbaycanın strategiyası müharibədə qələbə qazanmaqla yanaşı, həm də sülhə nail olmaqdan ibarətdir. “Bununla əlaqədar olaraq, Azərbaycan Prezidenti İlham Əliyev suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipinə riayət etməklə Ermənistan ilə sülh danışıqlarına başlamağı təklif edib”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button