İqtisadiyyat

“Hidrogen sənayesi 10-12 ilə rentabelli ola bilər”

Rusiya 1 kiloqramının maya dəyəri 1,5-2 ABŞ dolları olan rəqabət qabiliyyətli “mavi” hidrogen istehsal etmək üçün bütün imkanlara malikdir.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin energetika nazirinin müavini Pavel Sorokin deyib.
Onun sözlərinə görə, qlobal enerji keçidi kontekstində məhz hidrogen (az karbon izi nəzərə alınmaqla – red.) dünya enerji balansında nəzərəçarpacaq paya sahib ola bilər.
“Texnologiyaların inkişafı və maliyyə vəsaitlərinə sərbəst çıxışı şəraitində hidrogen sənayesi 10-12 ildən sonra rentabelli ola bilər”, – nazir müavini qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button