Dünya

Hicab qalmaqalının arxasında siyasi səfərbərlik üçün dindən istifadə edənlər dayanır

 

Hindistanın Karnataka ştatında hicabla bağlı davam edən etirazların arxasında dini kimlikdən siyasi səfərbərlik üçün istifadə etməyi hədəfləyən azsaylı qruplarda birləşmiş bir neçə insan dayanır.

Bu barədə “India Blooms” agentliyi xəbər verib.

Xəbərdə deyilir ki, bu insanlar, həmçinin azlıq icmasından olan bir qızın guya hicab geyindiyinə görə “pis rəftar” və “təhqirlə” üzləşməsi ilə bağlı şayiələri yaymağa əl atıblar. Bu, Hindistanın məktəb, kollec və universitetlərindəki ümumi dinc mühitə tamamilə zidd iddialardır.

Hindistan qanunun, asayişin və sosial nəzarətin hökm sürdüyü ölkədir; buna görə də antisosial insanların iradə azadlığı yoxdur. Karnataka etirazlarının tezliklə sona çatacağı gözlənilir.

Qeyd edilir ki, sözügedən mübahisə əsassızdır, çünki Karnataka Hökumət Qızlar Kolleci ümumi geyim qaydaları ilə bağlı təlimatlarını 1983-cü il tarixli Karnataka Təhsil Qanununun artıq mövcud olan 133-cü (2) Bölməsinə əsaslanaraq verib. Lakin siyasi motivli qruplar dövlətin və ölkənin sosial strukturunu pozmaq məqsədilə bundan tələbələr arasında parçalanma yaratmaq fürsəti kimi istifadə etməyə çalışıblar. Halbuki, Hindistan demokratiya və özünün “müxtəliflikdə birlik” prinsipi və praktikası ilə fəxr edir.

Kollecin geyim təlimatları ilə bağlı şikayətə baxan Karnataka Ali Məhkəməsi çıxardığı hökmün emosiyalara deyil, konstitusiyaya əsaslanmasını təmin edib. Hindistanın təhsil müəssisələrində çox sayda mədəniyyətlərin təmsilçiləri təhsil alır. Burada konstitusiyaya uyğun olaraq “dünyəvilik” ruhunun qorunması ilə yanaşı, eyni zamanda cins, din, kasta, inanc və bölgəyə görə heç bir ayrı-seçkilik edilmir.

Ölkənin əksər bölgələrində və demək olar ki, bütün özəl məktəblərdə tələbələrin geyim qaydaları var və müsəlman tələbələr də daxil olmaqla bütün tələbələr heç bir etiraz etmədən bu qaydalara əməl edirlər.

Hindistan mədəniyyətinin (Ganga Jamuni Tehzeeb), cəmiyyətinin və siyasətinin plüralist və birləşdirici xarakterini nəzərə alsaq bu cür bölücü meyllər nə xalq, nə də hökumət tərəfindən qəbul edilməz.

Karnataka kollecinin geyim qaydaları ilə bağlı təlimatlarını düzgün perspektivdə nəzərdən keçirmək lazımdır. “India Blooms” bildirir ki, bu qaydalar şəxsi, dini, regional və ya hər hansı digər yerli kimliyi gizlətməkdənsə, tələbələrin şəxsi inanc və seçimlərinə müdaxilə etmədən onlarda kosmopolit və vahid milli kimliyi aşılamaq və inkişaf etdirmək məqsədini daşıyır.

Hindistan çoxsaylı mədəniyyətlərin nümayəndələrinin əsrlər boyu birgə yaşadığı plüralist bir ölkədir və bu, Hindistanın müasir dövlət kimi çiçəklənməsinə imkan verir. Bunun heç bir sübuta ehtiyacı yoxdur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button