İqtisadiyyat

Hesablama Palatası İT auditinin tətbiqi üçün gördüyü işləri açıqlayıb

“Hesablama Palatası haqqında” qanuna əsasən həyata keçirilan maliyyə, performans ve uygunluq auditləri çərçivəsində informasiya sistemlərinin qiymətləndirilməsi həyata keçirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Palatadan bildirilib.

Məlumata görə, bu işlər çərçivəsində dövlət orqanlarının informasiya sistemlərinin müvafiq dövlət reyestrlərində qeydiyyatı, dövlət xidmətlərinin həyata keçirilməsi üçün yaradılmış elektron xidmətlərin informasiya ehtiyyatının proqram təminatı uçotunun aparılması, İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində layihələrin həyata keçirilməsi zamanı “Hökumət Buludu” infrastrukturundan istifadəsi, proqram təminatı və komuter texnikasının satınalması zamanı hüquqi aktların tələblərinə uyğunluq və informasiya sistemlərinin cavab verməli olduqları texniki spesifikasiya sənədlərinin hazırlanması və digər məsələlər araşdırılır.

Hesablama Palatasının 2021-2025-ci illər üzrə Strateji Planında “İT auditi təcrübəsini artırılması” aralıq nəticə kimi müəyyən olunub. Aralıq nəticənin əldə olunması məqsədilə sahə üzrə beynəlxalq təcrübənin öyrənilməsi, təlim proqramlarında iştirak, İT auditi üzrə metodiki sənədin hazırlanması, İT audit üzrə məlumat bazasının formalaşdırılması və yığılmış məlumatlardan daxili təlim tədbirlərində fəal istifadənin təmin edilməsi nəzərdə tutulub.

İT auditi üzrə metodiki sənədin hazırlanması və mövcud sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) İT işçi qrupu (ITWG) və tərəfdaş ali audit orqanları ilə məlumat mübadiləsi və onlayn videokonfranslar həyata keçirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button