İqtisadiyyat

Hazırda qlobal neft bazarında böhran yoxdur

Qlobal neft tələbatı pandemiyadan əvvəlki səviyyəyə 2022-ci ilin əvvəli üçün qayıdacaq.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Qazprom Neft” şirkətinin rəhbəri Aleksandr Dyukov “Rusiya enerji həftəsi” çərçivəsində deyib.
Onun sözlərinə görə, hazırda qlobal neft bazarında böhran yoxdur, indiki vəziyyət bazarın həddindən çox “qızmasının” göstəricisidir.
“Neft bazarından danışırıqsa, hesab edirəm ki, heç bir böhran yoxdur, çünki ümumiyyətlə, problem yoxdur, bazarın bir qədər “qızması” ilə əlaqədar situasiya var. İlin sonu, gələn ilin əvvəli üçün pandemiyadan öncə olan səviyyəsində neft istehlakımız olacaq”, – A. Dyukov qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button