İqtisadiyyat

“Hazırda bir neçə ölkə təcrübəmizi öyrənmək üçün bizə müraciət edir”

Milli Ulduz Təsnifatı Sistemi Avropa tərəfindən təsdiqlənən standartlar əsasında qurulub. Həmçinin Türkiyə və Gürcüstanda da proses həmin standartlar üzərində qurulub və istifadə olunur.
APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
Onun sözlərinə görə, həmin standartlar maksimum dərəcədə dürüst və düzgün qaydada təşkil olunub:
“Həmin standartlara uyğun olaraq bizim hotellər də təsnifatdan keçəcəklər. Bu proses çox açıq şəkildə təşkil olunub. Təəssüflər olsun ki, bütün hotellər birinci mərhələdən keçə bilməyib. Lakin bizdə proses elə qurulub ki, hotelləri maksimum dərəcədə həmin prosesə hazırlaşdırmaq üçün səylərimizi əsirgəmirik. Bunun üçün də müxtəlif təlimlər və digər tədbirlər görülür ki, onlar artıq növbəti mərhələlərdə prosesdən uğurlu keçə bilsinlər. Biz həmin sistemi sadəcə götürüb tətbiq etməmişik, eyni zamanda daha da mükəmməlləşdirmişik. Bunun nəticəsi olaraq, hazırda bir neçə ölkə təcrübəmizi öyrənmək üçün bizə müraciət edir”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button