Dünya

Haysam əl-Qays OPEK-in yeni baş katibi oldu

OPEK ölkələri nazirləri Küveytdən olan Haysam əl-Qaysi təşkilatın baş katibi vəzifəsinə seçiblər. Xarici KİV-lərin yaydığı məlumata görə, bu barədə OPEK-in press-relizində deyilir.

Əl-Qays 2016-cı ildən bu vəzifədə çalışan nigeriyalı Məhəmməd Barkindonu əvəz edəcək. Məhəmməd Barkindonun səlahiyyət müddəti 2022-ci ilin iyulunda başa çatır.

Qeyd edək ki, əl-Qays 2017-2021-ci illərdə Küveytin OPEK-dəki nümayəndə heyətinə rəhbərlik edib. Onun namizədliyi siyahıda yeganə olub.

Haysam əl-Qays neft şirkətlərində, eləcə də Küveyt Xarici İşlər Nazirliyində təcrübəyə malikdir. O, 1990-cı ildə Kaliforniyanın San-Fransisko Universitetinin siyasi elmlər fakültəsini bitirib. Ərəb, ingilis, alman, portuqal, ispan, fransız daxil olmaqla, altı dildə sərbəst danışır, həmçinin Çin dilini bilir.

OPEK-in nizamnaməsinə görə, baş katib üç il müddətinə seçilir və yalnız bir dəfə yenidən seçilə bilər.

Ümumilikdə, Barkindonu nəzərə almasaq, 1961-ci ildən OPEK-in işinə nəzarət edən 22 baş katib və beş konfrans prezidenti olub. 2007-2013-cü illərdə baş katib postunu tutan, sonra isə OPEK-in yeni baş katibi seçə bilmədiyi üçün səlahiyyətləri 2016-cı ilin iyul ayına qədər uzadılan Liviya nümayəndəsi Abdulla Salem əl-Bədri bu vəzifədə ən uzun müddət qalan rəhbər olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button