Cəmiyyət
Havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur – rəsmi

Havada toz dumanı müşahidə olunur.
Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. Buna səbəb ölkə ərazisinə cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə daxil olan toz–dumanıdır.
“Növbəti gün ərzində şimal-qərb istiqamətli küləklərin üstünlük təşkil etdiyini nəzərə alsaq, havada olan tozun səpələnməsi prosesinin baş verəcəyi və tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir.