Gündəm
Hava şəraiti ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini gücləndirib

Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İB dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.
“Azneft”dən “APA-Economics”a verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib.
Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.