Siyasət

“Hamıdan üzr istəyirəm“ – Deputat

“Səhifəm düz bir ay qapalı oldu. Özüm qapatmışdım. Şuşanın geri almağımızın sevinci bitməmiş ardınca (ertəsi gün) Rusiya əsgərlərinin Qarabağa girməsi xəbəri məni çox qəzəbləndirmişdi. Hirsimdən nəsə yazmamaq üçün səhifəmi qapatmaq qərarına gəldim”.

Savash.org xəbər verir ki, bu sözləri millət vəkili Erkin Qədirli deyib. O qeyd edib ki, eyni səbəbdən telekanalların canlı yayımlarına çıxmaqdan, eləcə də jurnalistlərə müsahibə verməkdən yayınıb, zənglərinə cavab verməyib:

“Hirsimin soyuması uzun sürdü, yaxın dostlar bunu görə bildi. Bu arada, kimin zənginə cavab vermədimsə, hamısından üzr istəyirəm. Saymazyanalıq kimi qarşılamamalarını xahiş edirəm.

Fasilədən istifadə edib xeyli düşündüm, bəzi şəxsi işlərimi yoluna qoymağa çalışdım. Yeri gəlmişkən yenidən dərs demək təklifi aldım. Görüşdüm, danışdım və təklifi qəbul etdim. Rəsmiləşməyə nəsə mane olmasa, detalları açıqlayaram. Bunun özü də asan olmayan bir qərar oldu mənim üçün. Bir yandan təklifin gözlənilməzliyi, o biri yandan da təklifin gəldiyi anda duyğularımın tarazlıqdan çıxması. Müəllimliyi çox sevirəm və bu işə qayıtmaq təklifi məni çox sevindirdi. Bununla belə, siyasətə girməyin öz mənfi yan təsirləri vardır. Vaxtilə Maks Veber bu haqda yaxşı yazıb və siyasətlə müəllimliyi qarışdırmamağın önəmini vurğulayıb. Maks Veberin çoxdan oxuduğum o yazısı mənə təsir etmişdi, elə ona görə də müəllimliyə qayıtmağı hər zaman istəsəm də, özümü bu istəyin gerçəkləşməsindən çəkindirirdim. Bu dəfə razılaşdım, çünki çox darıxdım. Görüm necə olacaq.

Ordumuzun qələbəsi qutlu olsun! Ordumuza eşq olsun! Allah şəhidlərimizə rəhmət etsin”.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button