Dünya
Haitidə məktəbə hücum olub, xəsarət alanlar var

Haitinin paytaxtı Port-o-Prensdə məktəbə silahlı hücum olub.
“Report” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində azı 4 nəfər yaralanıb.
Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Yaralılar arasında bir uşaq da var.
İlkin versiyaya görə, silahlı dəstə üzvləri hücumu adam oğurluğu məqsədi ilə həyata keçiriblər.
Polis cinayətkarları axtarır.