Dünya

Haiti prezidentinin qətlində şübhəli bilinən kolumbiyalı saxlanılıb

Yamaykanın hüquq-mühafizə orqanları Haiti prezidenti Jovenel Moizə sui-qəsddə şübhəli bilinən muzdlulardan birini həbs edib.
“Report” xəbər verir ki, bu barədə “juno7” xəbər portalı Haiti polisindəki mənbələrinə istinadən məlumat yayıb.
Belə ki, Kolumbiya vətəndaşı Mario Antonio Palakios adada saxlanılıb. Onun Haitiyə ekstradisiyası barədə məlumat verilmir.
Qeyd edək ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-ə keçən gecə öz iqamətgahında naməlum silahlı şəxslərin hücumu nəticəsində öldürülüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button