Dünya

Haiti polisi sabiq hakimi prezidentin qətli ilə bağlı axtarışa verdi

Haiti polisi ölkənin prezidenti Jovenel Moizin qətlinin araşdırılması çərçivəsində keçmiş hakim Vindel Kok-Telot barəsində axtarış elan edib.
Bu barədə “Report” xarici mediaya istinadən xəbər verir. O, qətldə, sui-qəsddə və silahlı soyğunçuluqda ittiham olunur.
Asayiş keşikçiləri əhaliyə Kok-Telotun axtarışına kömək etmək xahişi ilə müraciət ediblər.
“O təhlükəli və silahlıdır”, – Haiti milli polisinin tvitterdəki xəbərində deyilir.
Ölkənin paytaxtı Port-o-Prensin prokuroru Klod Bed-Ford Kok-Telotu Haiti prezidentinin qətlində və silahlı soyğunçuluqda ittiham edərək, onun həbsinə order verib.
Cari ilin əvvəlində Haiti Prezidenti Jovenel Moiz sabiq prezidentə qarşı sui-qəsddə iştirakda şübhəli bilinən üç hakimi, o cümlədən Kok Telotu işdən kənarlaşdırıb. Belə olduqda hakimlər kollegiyası Moizin hərəkətlərini konstitusiyanın əleyhinə olduğunu hesab edib. Bundan sonra məhkəmələr bir neçə ay ərzində tətil edib.
Haiti Prezidenti Jovenel Moiz iyulun 7-də şəxsi iqamətgahında güllənərək öldürülüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button