Ekspert rəyi

Hafiz Həsənov: “Əksər hallarda şikayətlərə formal cavablar verirlir”

Vətəndaşların müraciətlərinə artan diqqətdən danışarkən Azərbaycan Respublikası Prezidentinin bilavasitə tapşırıq və tövsiyəsi ilə mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbərlərinin bölgələrdə keçirdikləri qəbulların rolu da xüsusi qeyd edilməlidir. Azərbaycan Prezidenti çıxışlarında və ictimaiyyətin nümayəndələri ilə yerlərdə keçirdiyi görüşlərdə vətəndaşlara birbaşa müraciət edərək qarşılaşdıqları bütün problemlər və neqativ hallar barədə aidiyyəti dövlət qurumlarına və Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına məlumat verməyi tövsiyə etmişdir. Həmçinin ölkə başçısı dəfələrlə dövlət orqanlarının rəhbərlərinə müraciət edərək vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi, vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi ilə bağlı tələblərini irəli sürmüşdür. Bununla belə, bu sahədə kifayət qədər çətinliklər qalmaqdadır. “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənovla məhz bu çətinliklər və onların həllinə dair söhbət etimişik.

-Hafiz bəy, bir neçə ildir ki, vətəndaş müraciətləri ilə bağlı araşdırmalar aparırsız. Bu sahədə hansı reallıqlar var?

-Vətəndaş müraciətləri ilə bağlı əvvəllər xeyli boşluqlar var idi. Boşluqlara qanunvercilikdə də rast gəlinirdi. İstər müraciətlərin edilməsi, , istər baxılması qaydaları, istərsə də vətəndaş müraciətlərinə baxmayan məmurların məsuliyyəti ilə bağlı boşluqlar var idi. Amma son 5 il ərzində “Vətəndaşların müraciətləri haqqında” Qanun qəbul edildi. Təbii ki, burada vətəndaş müraciətlərinin konstituison əsasları  da yerini tutur. Bu qanunlara uyğun olaraq bir sıra normativ hüsuqi aktlar da qəbul edilib. Bundan başqa, vətəndaşların məhkəmərə müraciətləri ilə bağlı ayrıca qanun qəbul edildi. Nazirlər Kabinetinin bir sıra qərarları oldu. Vətəndaş qəbulları, onlayn qəbullar təşkil edildi,çağrı mərkəzləri yaradıldı və s. Bu gün qanunda 3 əsas müraciət formasından söhbət gedir: Ərizə, şikayət və təkliflərin verilməsi. Xüsusilə, təkliflərin verilməsi ilə bağlı reallıq ondan ibarətdir ki, nə vətəndaş təklif verməyə həvəs göstərir, nə də qanunvericilik bunu təşviq edir. Vətəndaş düşünür ki, onun verdiyi təklifləri heç nəyi dəyişməyəcək.

-Bu vətəndaş fəallığının zəifliyi ilə bağlıdır, yoxsa başqa səbəblər də var?

-Bu həm vətəndaş fəallığının zəifliyi, həm də vətəndaş etimadzıslığı ilə bağlıdır. Vətəndaş fikirləşir ki, təklif versə də, baxılmayacaq. Əslində dövlət özü bunu təşviq etməlidir. Amma dövlət burada maraqlı görünmür. Ümumiyyətlə, bu sahədə iş aparılmayıb. Vətəndaşların qanunvericilik təşəbbüsü ilə bağlı ayrıca qanun  qəbul edilib. Konstitusiyanın müddəalarından biri o idi ki, 40 000 vətəndaş imza toplayıb qanunvericlik təşəbbüsü ilə çıxış edə bilər. Ancaq bu konstitusion normanı qanun formasına gətirəndə elə hala saldılar ki,nəinki sadə vətəndaş, hətta hüquqşünas o qanunu başa düşməkdə çətinlik çətir.  Qanunda o qədər dolanbaclar, badalaqlar var ki, birinci mərhləni keçirəmsə, ikincidə məni yıxmaq istəyirlər.  Həmin qanun qəbul ediləndən heş təşəbbüs irəli sürülməyib.  Əgər dövlət qanunu belə qəbul edirsə, vətəndaş da qanunvercilik təşəbbüsü ilə bağlı məsələnin bu cür qoyulduğu görüb düşünür ki, mənim verdiyim təklif nəyi həll edəcək.

Baxılmayan müraciət formaları arasında şikayətlər üstünlük təşkil edir. Şikayətlərə demək olar ki, baxılmr. Vətəndaş yazılı şikayətlərə müraciət edə, çağrı mərkəzlərinə zəng vura, qəbullara gedə, online formada müraciət edə bilər və s. Yəni, imkanlar çoxdur. Ancaq bunların hər birinin tədqiqatı göstərir ki, şikayətlərə baxımır. Əksər hallarda şikayətlərə formal cavablar verirlir, yaxun şikayətə  mahiyyəti üzrə baxılmır. Şikayət labirintində dolanır,  amma baxılmır. Vətəndaş da son anda Prezidentə müraciət edir. Düşünür ki, bəlkə bu halda nəticə oldu.

-Prezidentin saytına yazanda nəticə olurmu?

-Çox az olur. Prezident dəfələrlər şkayətlərdən danışıb, deyib ki, mənə tez-tez şikayətlər gəlir. Yazın göndərin, yazırlar, göndərilər, nəticə yoxdur.

Vətəndaş olaraq mən öz şikayətlərim olub. Mən özüm qarşılaşmışam bununla. Başqa bir pis tendensiya formalaşıb. Deməli, eyni problemlə bağlı iki dəfə şikayət yazmısansa, üçüncü dəfə ona baxmırlar. Vətəndaşların müraciətləri haqqında qanun deyir ki, eyni problem üzrə iki dəfə şikayətə baxılıbsa, üçüncü dəfə baxılmır. Amma iki dəfə baxılmayıb axı.

Prezidentin çağırışları çoxdur. Amma mən deyərdim ki, cənab Prezident sizin çağırışlarınız nə qədər çox olsa da, ictimai nəzarətlə bağlı kifayət qədər danışsanız da, hakimiyyətləri təyin olunanda bu sözləri deyir ki, hamımızı xalqın xidmətçisi olmalıdır. Amma heç kim bu məsələdə xalqa xidmət etmir. İnsanların şiakyətlərinə baxılmır.

Ümumiyyətlə şikayətlərə baxılması, ictimai nəzarətlə bağlı imitasiya yaranıb. Sanki kampaniyaçılıq var. Prezident bir dəfə deyir, başlayırlar hər yerdə ictimai nəzarət, ictimai iştirakçılıqla bağlı müəyyən addımlar atmağa. Mətbuat bu barədə yazır və s. Bununla da bitdi.

Bu gün məmurlar regionlarda vətəndaşların qəbulunu həyata keçirir. Onu da eyim ki,qanunda belə şey yoxdur. Qanuna görə, məmur vətəndaşı kabinetində, elan etdiyi qəbul günlərində qəbul etməlidir. Amma nə hanısa nazir, nazir müavini bunu etmir.

-Vətəndaş olaraq müraciət edə bilirikmi? Daha doğrusu, müraciətlər dügün formada edilirmi?

-Burda da problemlər var. Bu məsələlərdə həm vətəndaşlarda, həm vətəndaş cəmiyyəti institularından, həm də donor təşkilatlarında müəyyən mənada günah var. Donor təşkilatlar bu tip məsələlərə o qədər də geniş formada dəstək vermilər. Vətəndaş cəmiyyəti instituları isə çalışırlar ki, problemsiz məsələlər  olsun. Bu baxımdan da belə vəziyyət yaranır.

Bu sahədə nəticə əldə etmək üçün əslində qanunun aliliyini təmin olunmalıdır. Yəni, məmurun işi o deyil ki, bütün günü şikayətlərə baxsın. Qanunlar işləməli, müstəqil məhkəmələr olmalıdır ki, hansısa məmur vətəndaşın hüququnu pozanda o, yuxarı instansiyalara, Prezidentə müraciət etməli deyil, məhkəməyə üz tutmalıdır. Lakin təəssüf ki, məhkəmələrlə bağlı da vəziyyət üərəkaçan deyil. Bu baxımdan da vətəndaş məhkəməlik işi Prezidentə müraciət etməklə həll etməyə çalışır.

Bu müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Güzəran”  Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən “KİV-də “Açıq hökumət” islahatları” layihəs çərçivəsində hazırlanıb və dərc edilib.

İstiqlal.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button