İdman

“Hadisə ilə bağlı hansı qərarın verilməsinə UEFA baxacaq”

“İstəməzdik ki, oyunun sonunda belə hal yaşansın”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının III təsnifat mərhələsində AEL-lə keçirilən səfər matçının son dəqiqələrində baş verən insident barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis kiprli azarkeşlərin təxribatçı hərəkətləri səbəbindən təxminən 10 dəqiqə dayandırılan matçda baş verən xoşagəlməz hadisəyə münasibət bildirib: “Hadisə ilə bağlı hansı qərarın verilməsinə UEFA baxacaq. Bu, onların üzərinə düşür. Amma belə hal nə rəqibin futbolçuları, məşqçiləri, nə də bizim üçün xoş haldır”.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button