Cəmiyyət

Hacıqabuldakı qəzada xəsarət alanların adları məlum olub

Hacıqabulda baş verən qəzada xəsarət alanların adları məlum olub.
“Report”un Aran bürosunun məlumatına görə, yaralanan 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlar:
Ağcabədi sakini, 1972-ci il təvəllüdlü Piriyev Zamiq Sehriman oğlu
Ağdam sakini, 1993-cü il  təvəllüdlü Mehdiyev Hamlet Elmiroğlu
Ağdam sakini, 1964-cü il təvəllüdlü Nəcəfova Zülfiyyə Mədət qızı
Bərdə sakini, 1961-ci il təvəllüdlü Hüseynova Raya Əvəz qızı
Tərtər sakini, 1963-cü il təvəllüdlü Niftəliyeva Müşkünaz Əyyub qızı
Ağdam sakini, 1991-ci il  təvəllüdlü İsmayılova Qızbəst Mehralı qızı
Hacıqabul sakini, 1966-cı il təvəllüdlü Babayev Elşən Əlican oğlu
Tərtər sakini, 1979-cu il təvəllüdlü Ələkbərova Kamalə Kamal qızı
Ağdam sakini, 1977-ci il təvəllüdlü Abdullayeva Məhəbbət Balay qızı.
Qeyd edək ki, hadisə bu gün Bakı-Qazax magistral yolunun 395-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb. Belə ki, iritutumlu sərnişin avtobusu ilə yük avtomobili toqquşub. 
Faktla bağlı araşdırma aparılır.
18:40
Hacıqabul rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 395-ci kilometrliyində qeydə alınıb. Belə ki, iritutumlu sərnişin avtobusu ilə yük avtomobili toqquşub. Hadisə yerinə Şirvan, Hacıqabul və Sabirabad rayonlarının təcili yardım avtomobilləri cəlb edilib.
Qəza nəticəsində Ucar rayon sakini, 1966-cı il təvəllüdlü Niyazova Məhəbbət Niyaz qızı, Bərdə rayon sakinləri – 1961-ci il təvəllüdlü Quliyeva Rahilə Fərrux qızı, 1966-cı il təvəllüdlü Hüseynova Hökumə Mahmud qızı, Ağdam rayon sakini, 2001-ci il təvəllüdlü Qasımov Elnur Eldəniz oğlu və daha 8 nəfər xəsarət alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Digər yaralıların da şəxsiyyəti müəyyənləşdirilr.
Faktla bağlı araşdırma aparılır.
17:19
Hacıqabulda ağır yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 395-ci kilometrliyində rayon ərazisində qeydə alınıb.
Belə ki, iritutumlu sərnişin avtobusu ilə yük maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində xeyli yaralı var. Hadisə yerinə Şirvan, Hacıqabul, Sabirabad rayonlarının təcili yardım maşınları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button