Cəmiyyət

Hacıqabulda qəza zamanı sərnişin pəncərədən yerə düşüb

Hacıqabul rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, qəza rayon ərazisində qeydə alınıb.
“Toyota Prius” markalı avtomobil hərəkətdə olarkən digər bir avtomobillə toqquşub. Qəza zamanı sərnişin 1984-cü il təvəllüdlü Əliyev Gülbala Nurbala oğlu zərbənin təsirindən avtomobilin pəncərəsindən yerə düşüb.
Ağır xəsarət alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əzikləri diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button