İdman

Hacı Əliyev finala yüksəlib, Mariya Stadnik məğlub olub

Tokio-2020 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan millisinin üç təmsilçisi xalça üzərinə çıxıb.
Sərbəst güləşçilərimizdən Hacı Əliyevlə Şərif Şərifov, həmçinin qadın təmsilçimiz Mariya Stadnik medal mübarizəsinə başlayıb. Onlardan biri finala yüksəlməklə yığmamız üçün 4-cü medalı təmin edib. Hacının mükafatının əyarı həlledici görüşdə bəlli olacaq. Digər iki güləşçimiz isə bürünc medal üçün mübarizə aparacaq. 
6 avqustSərbəst güləşKişilər65 kqHacı Əliyev 1/8 finalda seneqallı Adama Dyatta ilə görüşüb. Güləşçimiz rəqibinə heç bir şans verməyib – 4:0. Daulet Niyazbekov (Qazaxıstan) ilə 1/4 final qarşılaşmasında daha asan qələbə (9:1) qazanan Hacı yarımfinala yüksəlib. O, bu mərhələdə hindistanlı Bayranq Bayranqla görüşüb və uğurlu seriyanı davam etdirib. Əliyev 12:5 hesablı qələbə sayəsində finala vəsiqə qazanıb. 
Tokioda Azərbaycan millisinin heyətində həlledici görüşə yüksələn ilk idmançımız qızıl medal üçün Takuto Otoquro (Yaponiya) ilə üz-üzə gələcək. Görüş sabah baş tutacaq. 
97 kqŞərif Şərifovun ilk görüşü uğursuz alınıb. Rusiyalı əfsanə Abdulraşit Sadullayevlə qarşılaşan təmsilçimiz 1/8 finalda məğlub olub – 0:5. Rusiyalı finala yüksəldiyindən Olimpiya çempionumuz sabah təsəlliverici görüşə qatılacaq. O, gürcüstanlı Elizbar Odikadze ilə güləşəcək. Şərif qalib gələcəyi halda bürünc medal uğrunda kubalı Reyneris Salas Pereslə qarşılaşacaq.
Qadınlar50 kqMariya Stadnik yarışa rusiyalı Stalvira Orşuş üzərində çətin qələbə (11:7) ilə başlayıb. O, tunisli Sarra Hamdi ilə 1/4 final qarşılaşmasında aşkar üstünlüklə qalib gəlib – 10:0. Təmsilçimizin növbəti rəqibi yaponiyalı Yui Susaki olub. Təəssüf ki, güləşçimiz yenə “Gündoğar ölkə” təmsilçisini keçə bilməyib – 0:11. O, sabah bürünc medal uğrunda yarışacaq. Stadnikin rəqibi Namuuntsetseq Tsoqt (Monqolustan) – Yamilet Yepes Quzman (Ekvador) cütünün qalibi olacaq. 
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıbsa, İslam Abbasov (87 kq), həmçinin sərbəst güləşçi Turan Bayramov (74 kq), qadın güləşçisi Elis Manolova (68 kq) mübarizəni dayandırıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button