İdman

Hərbi çevrilişə görə Qvineyada qalan “Neftçi”nin futbolçusu Bakıya qayıdıb

“Neftçi”nin futbolçusu Mamadu Kane Bakıya qayıdıb.
Bu badərə apasport.az saytına klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qvineyada hərbi çevriliş olduğu üçün ölkəsini tərk etməkdə çətinlik çəkən yarımmüdafiəçi, nəhayət, bu gün Vətənindən ayrılıb. Qvineyadan Parisə yollanan 24 yaşlı oyunçu oradan da Bakıya gəlib.
Qeyd edək ki, “Neftçi” Mamadu Kaneni Yunanıstan klubu “Olimpiakos”a satsa da, onu birillik icarəyə götürüb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button