Siyasət

“Hər zaman Azərbaycanın yanındayıq” – İsrailin Rusiyadakı səfiri

“İsrail hər zaman Azərbaycanın yanındadır”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında İsrailin Rusiyadakı səfiri Aleksandr Ben-Tsvi bildirib.

Azərbaycanın Rusiyadakı səfirliyində 8 Noyabr -Zəfər Günü ilə əlaqədar təşkil olunan rəsmi qəbulda iştirak edən israilli diplomat yəhudi və Azərbaycan xalqlarının qardaş xalqlar olduğunu söyləyib: ”Yəhudilər Azərbaycanda yüz illərdir yaşayır, heç vaxt heç bir problem olmayıb. Bu iki xalq hər zaman birlikdə olub. Biz bu ənənəni davam etdiririk. Biz hər zaman əməkdaşlıq etmişik. Bəzən bizə görə Azərbaycana qonşuları tərəfindən iddialar irəli sürülür. Lakin iddiaları irəli sürənlər onu bilsinlər ki, biz hər zaman Azərbaycanın yanındayıq və bu, ən başlıcasıdır”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button