Cəmiyyət

Həkim: “Böyrək daşı onkoloji xəstəlik üçün risk qrupuna aid deyil”

“Uroloji şiş xəstəliyi və onun yayılması qlobal problemdir. Böyrək daşı və kistaların sonradan onkoloji xəstəliyə çevrilməsi qorxusu yoxdur. Sadəcə müəyyən zamandan sonra düzgün müalicə edilməsə, insan səhhəti üçün riskli ola bilər”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Araz İbrahimov deyib.
O qeyd edib ki, böyrək daşı onkoloji xəstəlik üçün risk qrupuna aid deyil: “7 mm-lik böyrək daşlarının düşmə ehtimalı 70 %-ə yaxındır. 8 mm-lik daşların düşməsi isə 15 % təşkil edir. Böyrək kistalarının 70-75 %-i sadə olur. Bu da 50 yaşdan yuxarı şəxslərdə hər iki nəfərdən birində müşahidə olunur. Tövsiyə edirəm ki, insanlar ildə iki dəfə ultrasəs müayinəsindən keçsinlər”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button