Dünya

Gürcüstanlı nazir: “Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyirik”

“Azərbaycan ənənəvi olaraq Gürcüstanın çox vacib iqtisadi tərəfdaşıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.
O bildirib ki, Azərbaycan son illər Gürcüstanın bir nömrəli investoru olub: “Bu illər ərzində Azərbaycan Gürcüstana 2,6 milyard ABŞ dolları həcmində investisiya qoyub. Maraqlısı odur ki, bu həcmin təxminən yarısı son beş ildə yatırılıb. Bu, sərmayələrin xüsusən artdığını göstərir”.
Nazirin sözlərinə görə, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarının ilk onluğunda yer alır: “2020-ci ildə Azərbaycan bizim dördüncü, son səkkiz ayda isə beşinci ticarət tərəfdaşımız olub. Bu, pandemiyaya baxmayaraq, pozitiv dinamikadır. Lakin bu, kifayət deyil. İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında məhz bu məsələyə toxunulub”.
N.Turnava deyib ki, toplantıda ticarət dövriyyəsinin, həmçinin Gürcüstandan Azərbaycana ixrac həcminin artırılması məsələsi müzakirə olunub: “İclasda energetika sahəsində münasibətlərin daha da genişləndirilməsi ilə bağlı maraqlı danışıqlar aparıldı. Belə ki, uzun illərdir Azərbaycan Gürcüstanın qaz və elektrik enerjisi idxalı üzrə bir nömrəli tədarükçüsüdür. Biz həmçinin Qara dənizdə yüksəkgərginlikli sualtı elektrik xətti layihəsi ilə bağlı planlarımız barədə də məlumat verdik. Bu layihə Avropa İttifaqı bazarına çıxışa imkan verəcək. Azərbaycan tərəfi bu məsələyə böyük maraq ifadə etdi”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button