Dünya

Gürcüstanın müxalif partiya sədrinin deputat mandatı ləğv olunur

Gürcüstan parlamentinin Prosedur məsələlər üzrə Komitəsində müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyanın deputat mandatından imtinası ilə bağlı müraciətinə baxılıb.
“Report”un yerli bürosu xəbər verir ki, komitə üzvləri müxalifətçinin deputat səlahiyyətlərinin vaxtından əvvəl dayandırılmasını dəstəkləyib.
Məsələ ilə bağlı yekun qərar qanunverici orqanın plenar iclasında qəbul olunacaq.
Qeyd edək ki, Tbilisi meri vəzifəsinə namizədliyini irəli sürmüş VMHP sədri bu ilin iyulun 29-da deputat mandatından imtina etdiyini bildirib. O, bununla bağlı avqustun 3-də parlament sədrinə müraciət ünvanlayıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button