Dünya

Gürcüstanın müdafiə naziri paraşütlə təyyarədən tullanıb

Gürcüstan Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin şəxsi heyəti suya enməyi nəzərdə tutan paraşüt hazırlığı üzrə proqram keçir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri Cuanşer Burçuladze hərbçilərlə birgə onların mübariz ruhunu yüksəltmək məqsədilə paraşütlə tullanmada iştirak edib. Tullanma modernləşdirilmiş “AN 2” təyyarəsindən həyata keçirilib.
İyirmi bir gün davam edəcək təlim proqramı fərqli ərazidə müxtəlif yüksəkliklərdən paraşütlə tullanma daxil olmaqla bir neçə mərhələdən ibarət olacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button