Mədəniyyət

Gürcüstanın incəsənət xadimləri “Xocalıya ədalət!” tələb edib

Gürcüstanın tanınmış incəsənət xadimləri “Xocalıya ədalət!” tələb edib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Qiya Kançeli adına Simli Kvartetinin üzvləri Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Gürcüstanın paytaxtı Tbilisidə Prezidentin iqamətgahı, parlament binası və şəhər bələdiyyəsinin qarşısında, həmçinin yerli sakinlərin və turistlərin sıx toplaşdığı Rustaveli prospektində, şəhərin simvollarından sayılan Sülh Körpüsündə musiqi vasitəsilə “Xocalıya ədalət!” tələb ediblər.

İncəsənət xadimləri üzərində “Xocalıya ədalət!” şüarı və Bakıdakı “Ana harayı” abidəsi əks olunmuş posterlərin fonunda müxtəlif musiqilər ifa ediblər. Aksiya “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilib.

Gürcüstanda eyni zamanda, lokomotivlərin üzərində “Xocalıya ədalət!” çağırışı edilib. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstan dəmir yolları şəbəkəsinin Marabda-Kartsaxi dəmir yolu sahəsi üzrə hərəkət edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialına məxsus lokomotivlərin üzərində “Xocalıya ədalət!” şüarı, Bakıdakı “Ana harayı” abidəsi və faciəyə dair faktları özündə əks etdirən posterlər yerləşdirilib.

Kampaniya çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükut və lokomotivlərin siqnal səsləri ilə yad olunub, eləcə də ehsan mərasimi təşkil edilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button