Dünya
Gürcüstanın baş naziri da koronavirusa yoluxdu

Gürcüstanın baş naziri İrakli Qaribaşvili koronavirusun “omikron” ştamına yoluxub. Bu barədə ölkə hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaribaşvili özünü yaxşı hiss edir və işini distant qaydada davam etdirir.
Xatırladaq ki, İrakli Qaribaşvili ötən ilin aprelində COVID-19-a yoluxub. O, koronavirus əleyhinə tam peyvənd olunub.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan hökumətinin dörd naziri də koronavirusa yoluxub.