Siyasət

Gürcüstanın Azərbaycandakı Səfirliyinin binasında Dövlət bayrağı endirilib

Gürcüstan Hökumətinin qərarına əsasən, 8 oktyabr 2021 -ci ildə Batumi şəhərində yaşayış binasının çökməsi və insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar olaraq, 11 oktyabr 2021 -ci il Gürcüstanda matəm günü elan edilib.

Oktyabrın 11 -də Gürcüstan Səfirliyində matəm tədbiri keçirilib. Səfir Zurab Pataradze səfirliyin diplomatik korpusu adından həlak olanların ailələrinə başsağlığı verib:“Batumi şəhərində baş vermiş faciə bütün Gürcüstanı kədərləndirib. Ölənlərin, ölən uşaqların hər biri üçün kədərlənirik. Onların ailələrinə başsağlığı verir və onlarla birlikdə dua edirik. Gürcüstan üçün bu çox çətin günlərdə dərdimizi səmimi olaraq bölüşən və başsağlığı verən hər kəsə minnətdarıq. Bu kədərimizi bizimlə bölüşdükləri və dəstək olduqları üçün Azərbaycan Respublikası Hökumətinə və sadə vətəndaşlara təşəkkür edirəm”. Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button