Dünya

Gürcüstanın azərbaycanlı meri vəzifəsinin icrasına başlayıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun meri Kənan Ömərov vəzifəsinin icrasına başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hakim Gürcü Arzusu Partiyası məlumat yayıb.
Bildirilib ki, oktyabrın 2-də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə “Gürcü Arzusu”nu təmsil edən 44 namizədi mer seçilib və onlar oktyabrın 27-dən səlahiyyətlərini yerinə yetirməyə başlayıblar.
Qeyd edək ki, K.Ömərov seçkilərdə 68,12 % səslə mer seçilib. 2016-cı ildən o, Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri, bu ilin yanvarın 29-dan isə mer müavini vəzifəsində çalışıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button