Dünya

Gürcüstanın AŞPA-dakı təmsilçisi: “Azərbaycan-Ermənistan humanitar razılaşması dialoq potensialını nümayiş etdirir”

“Gürcüstan Cənubi Qafqazın münaqişə bölgəsindən sülh regionuna çevrilməsi üçün sülh və təhlükəsizliyin təşviqinə hər zaman hazırdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri İrakli Çikovani qurumun payız sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bölgədə diqqət ümumi regional maraqlar naminə dialoqun təşviqi və etimadın möhkəmləndirilməsinə yönəldilməlidir.
İ.Çikovani bildirib ki, Gürcüstanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında əldə olunmuş humanitar razılaşma tərəflər arasında dialoq üçün potensialı nümayiş etdirib və prosesin davamı üçün faktiki olaraq yaxşı zəmin yaradıb.
Deputat qeyd edib ki, Cənubi Qafqazda sülhün bərqərar olunması bölgədə mehriban qonşuluq münasibətlərini möhkəmləndirə və dayanıqlı inkişafa şərait yarada bilər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button