Dünya
Gürcüstanda zəlzələ oldu

Gürcüstanın şərqində 3,3 bal gücündə zəlzələ olub. Bu barədə Gürcüstan KİV-ləri ölkənin Seysmoloji Monitorinq Mərkəzinin məlumatına istinadən xəbər yayıb. Təkanlar paytaxt Tbilisidən 58 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin episentri Sameba kəndində 10 kilometr dərinlikdə yerləşib.