Dünya

Gürcüstanda yeni dəniz limanı açılıb

Gürcüstanın Poti şəhərində yeni dəniz limanı inşa olunub.

“Report”un yerli bürosu xəbər veir ki, bu gün Baş nazir İrakli Qaribaşvili, hökumət üzvləri və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə limanın rəsmi açılış mərasimi keçirilib.

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib ki, layihə “PACE Group” şirkəti və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) birgə səyləri ilə reallaşdırılıb.

“Poti Yeni Dəniz Limanı” Gürcüstanın dəniz sektorunda indiyədək reallaşdırılmış ən iri layihələrdən biridir. Layihənin dəyəri 120 milyon ABŞ dolları təşkil edir. DFC layihəyə 50 milyon ABŞ dolları həcmində vəsait ayırıb.

Yeni liman 25 hektar sahədə yerləşir. Yükaşırma qabiliyyəti ildə 2,5 milyon ton quru yük və 100 min TEU tipli konteynerdən ibarət olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button