Dünya

Gürcüstanda Saakaşvilinin əleyhdarları mitinq keçirir

Gürcüstanın Rustavi şəhərində keçmiş Prezident Mixeil Saakaşvilinin əleyhinə kütləvi aksiya keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, sabiq dövlət başçısının saxlanıldığı 12 saylı həbsxananın qarşısında yüzlərlə insan toplaşıb.
Mitinq iştirakçıları M.Saakaşvilini hakimiyyəti dövründə repressiyalara yol verməkdə ittiham edirlər.
Aksiyada “Zülmkar!” və “Qatil!” şüarları səsləndirilir.
Qeyd edək ki, qonşu ölkənin eks-prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, artıq 16-cı gündür aclıq aksiyası keçirir. Oktyabrın 14-də Tbilisinin Azadlıq meydanında M.Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası “Mişaya azadlıq!” şüarlı kütləvi mitinq təşkil edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button