Dünya

Gürcüstanda Nəriman Nərimanov adına park yenidən qurulur

Gürcüstanın Marneuli rayonunun mərkəzi Rustaveli küçəsində yerləşən Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və böyük ədibi Nəriman Nərimanovun adını daşıyan parkda bərpa işləri aparılır.
“Report”un yerli bürosu xəbər verir ki, işlər Gürcüstan hökumətinin “Yenilənən bölgələr” proqramı çərçivəsində həyata keçirilir.
Təmir və yenidənqurma işlərinin bu ilin sonunda və ya gələn ilin əvvəlində tamamlanması nəzərdə tutulub.
Qeyd edək ki, parkda 1983-cü ildə ucaldılan N.Nərimanovun abidəsi ötən il mayında əsaslı şəkildə bərpa olunub. İstirahət məkanı isə uzun illər baxımsız vəziyyətdə qalıb.
N.Nərimanov Marneulidə yaşadığı illərdə böyük xidmətlər göstərib. O, rayonun Qızılhacılı kəndində bir neçə il müəllim və həkim kimi fəaliyyət göstərib. Sakinləri ödənişsiz müayinə edib, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. Qızılhacılı kənd məktəbi də vaxtilə onun adını daşıyıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button